Rusiya 81 xarici KİV-ə qadağa qoyub
02 Aprel 2025, 12:37
Qaynar xətt:
(+99450) 247 90 86DÜNYA
411
24.01.2025, 09:00
Trampın Ukraynadakı müharibənin dayandırması üçün Putinə “kökə və kötək” seçiminə bənzər təklif irəli sürür. İlk diqqətçəkən məqam ultimatum xarakterli çağırışın niyə sosial media üzərindən edilməsidir: bu, pərdəarxası danışıqlarda nəticənin əldə edilməməsindən qaynaqlana bilər;
Trampın prezident seçilməsindən sonra Moskva və Vaşinqton arasında qeyri-rəsmi danışıqların getdiyi, gizli təmasların qurulduğuna dair məlumatlar vardı. Hətta Rusiya nümayəndə heyətinin Vaşinqtona getdiyi, müzakirələrin davam etdiyi deyilir. Kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “Intelligence Online” saytının iddialarına görə, qapalı təmaslarda Trampın inaqurasiyasından bir ay sonra – fevral ayında Putinlə görüşün keçirilməsi və müharibənin bitirilməsi üzərində razılaşma əldə edilib. Hətta qarşıdakı həftələrdə ABŞ-Rusiya nümayəndələrinin Vaşinqtonda yenidən görüşəcəyi deyilir.
Qapalı təmasların davam etdiyi vaxt Trampın Putinə ultimatum verməsinin səbəbi tərəflərin razılaşa bilməməsidir. Danışıqlar masasında müzakirə edilən variantla bağlı müəyyən ehtimallar irəli sürmək mümkündür:
- Rusiyanın Ukraynada işğal etdiyi ərazilər üzərində nəzarəti de-fakto qəbul edilir; Kiyev təhlükəsizliyin verilməsi şərti ilə buna razılaşır, Trampın “Zelenski danışıqlara razıdır, Putin yox” sözləri, eləcə də Zelenskinin də “güclü təhlükəsizlik qarşılığında diplomatik yolla gedə bilərik” açıqlaması da bu fikri ön plana çıxarır;
Rusiyanın istəkləri isə təkcə Ukraynada işğal edilən ərazilər üzərində nəzarətin tanınması ilə yekunlaşmır. İstisna deyil ki, Moskva Ukrayna müharibəsindən öncə ABŞ/NATO-ya təqdim etdiyi “paket tələblərin” – NATO-nun genişlənməməsi, Ukraynanın Qərb və Rusiya arasında “tərəfsiz” bölgə olması və s. - müəyyən korekt edilmiş formada olsa da, qəbul edilməsini istəyir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun Putin-Tramp görüşünün təşkili ilə bağlı “Vaşinqtondan daha aydın və konkret bir şey eşidəndə, qrafikləri və təşkilati məsələləri koordinasiya etməyə başlayacağıq” açıqlaması da o deməkdir ki, ABŞ ruslara istədiklərini vermək niyyətində deyil.
Həmçinin oxuyun
13:24 / 02 Aprel 2025
11 gün iş olmayacaq
66
12:37 / 02 Aprel 2025
Rusiya 81 xarici KİV-ə qadağa qoyub
14
12:02 / 02 Aprel 2025
Bu tarixdə dərslər başa çatacaq
35
11:57 / 02 Aprel 2025
Verilişi bağlanan Nigar Fərhad haqda gerçək ÜZƏ ÇIXDI: Öz qızını...
722
11:54 / 02 Aprel 2025
Putin Belarusiya ilə münasibətlərdən danışıb
34
11:47 / 02 Aprel 2025
NATO Rusiya ilə ABŞ arasında yaxınlaşmadan narahatdır
41
11:39 / 02 Aprel 2025
Samir Nuriyevin qayınatası vəfat etdi
53
11:34 / 02 Aprel 2025
Prezidentlər təkbətək görüşdü
43
11:13 / 02 Aprel 2025
Toyda dəhşət yaşandı: 9 yaralı var - FOTO
59
10:57 / 02 Aprel 2025
ABŞ Nobel sülh mükafatçısının vizasını
LƏĞV ETDİ
56
10:47 / 02 Aprel 2025
"Hərbçilərə dedim ki,Ağdama Raqufun gözü ilə də baxın..." — Şəhid xanımı ilə MÜSAHİBƏ
498
10:16 / 02 Aprel 2025
Onlar Trampı məyus etdilər
48
10:00 / 02 Aprel 2025
Trampın sərvəti ARTIB
56
09:50 / 02 Aprel 2025
Azərbaycanda bu şəxslərə 2600 manat pul veriləcək — DETALLAR
337
09:41 / 02 Aprel 2025
Neftçalada narkokuryerlikdə təqsirləndirilən şəxs həbs edilib
61
09:38 / 02 Aprel 2025
yaşlı kişi maşını ilə dərəyə yuvarlandı -FOTO
56
09:27 / 02 Aprel 2025
Ermənistan sülhə sadiqdir - Paşinyan
48
09:26 / 02 Aprel 2025
“O yazıq qızı rahat buraxın...” - Mirşahin Ağayev
467
09:19 / 02 Aprel 2025
Kənd sakini xəstəxanada dünyasını dəyişib
65
09:04 / 02 Aprel 2025
Aprel döyüşlərindən 9 il ötür
74
09:04 / 02 Aprel 2025
Zelenskiyə təcili çağırış- OLDU
81
08:55 / 02 Aprel 2025
Güclü YANĞIN - VİDEO
72
22:41 / 01 Aprel 2025
Əməkdar jurnalist vəfat etdi - FOTO
141
22:19 / 01 Aprel 2025
İlon Mask dünyanın milyarderlər siyahısına başçılıq edir.
129
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.